Dərc edildi: Baxış sayı: 473
Mario Mancukiç Xorvatiya milli komandasındakı karyerasını başa vurub
İtaliyanın "Yuventus" klubunun futbolçusu Mario Mancukiç Xorvatiya milli komandasındakı karyerasını başa vurub.
"Report" xəbər verir ki, bu barədə Xorvatiya Futbol İttifaqı məlumat yayıb. 32 yaşlı hücumçu rəsmi sayta açıqlamasında bunları söyləyib: Heç kəs ideal deyil. Mən meydanda top itirdim, amma özümü meydana verdim. Mənim və komandanın yanında olan azarkeşlərə təşəkkür edirəm".
Qeyd edək ki, Mario Mancukiç 2007-ci ildən çıxış etdiyi Xorvatiya yığmasının bombardirləri siyahısında 33 qolla ikinci pillədə qərarlaşıb. Birinci pillədə isə 45 topla Davor Şuker yer alıb. Mancukiç həm də 2018-ci il dünya çempionatının gümüş mükafatçısıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət