Slimfit
  1. İDMAN

“Marca” cari ilin ən yaxşı futbolçularının ilkin siyahısını açıqlayıb

“Marca” cari ilin ən yaxşı futbolçularının ilkin siyahısını açıqlayıb
Sakura

İspaniyanın məşhur “Marca” nəşri cari ilin ən yaxşı futbolçularının ilkin siyahısını açıqlayıb

İspaniyanın məşhur “Marca” nəşri cari ilin ən yaxşı futbolçularının ilkin siyahısını açıqlayıb.

AZƏRTAC nəşrə istinadla xəbər verir ki, siyahıda 2018-ci ilin ən yaxşı 100 futbolçusu yer alıb. İlk onluqda Avropanın aparıcı klublarının oyunçuları qərarlaşıb.

Səsvermə yanvarın 1-dək davam edəcək. Bugünədək səsvermənin nəticəsinə görə, “Real Madrid” klubunun yarımmüdafiəçisi Luka Modriç birinci yerdədir. İkinci ən çox səs toplayan Lionel Messidir. İlk üçlüyü “Atletiko Madrid” klubunun hücumçusu Antuan Qrizman tamamlayır.

İlk onluqda Kriştianu Ronaldu, Kilyan Mbappe, Məhəmməd Salah, Rafael Varan, Kevin De Bruyne, Harri Keyn və Eden Hazard yer alıblar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR