Slimfit
  1. ARAŞDIRMA

Maraqlı araşdırma: Qəndin inanılmaz faydaları

Maraqlı araşdırma: Qəndin inanılmaz faydaları
Sakura

Alimlər araşdırmanı siçanlar üzərində aparıb

Sent-Luisdəki Vaşinqton universitetinin alimlərinin birgə işi maraqlı nəticəyə səbəb olub.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, qənddən istifadə zamanı qaraciyərə müsbət təsir göstərir və bu zaman şəkərli diabet xəstəliyinin yaranmasının qarşısını alır.

Qeyd edək ki, müsbət təsirə səbəb olan qəndin tərkibindəki treqaloza və ya mikoza adlı mürəkkəb maddələr karbohidratdır.

Alimlər araşdırmanı siçanlar üzərində aparıb. 

Bu maddə qlükozanın qaraciyərə daxil olmasına imkan vermir. Nəticədə hüceyrələr qandakı qlükozanı udmağa başlayır, bunun isə şəkərli diabetin əmələ gəlməməsində rolu var. 

Həmçinin, alimlər sübut edib ki, treqaloz kalorilərin yandırılmasını sürətləndirir, bədən istiliyini artırır, qanda xolesterinin və qaraciyərdə yağın azalmasına kömək edir.




Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR