MAQATE rəhbəri istefaya gedir?
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Baş direktoru Yukiya Amano vaxtından əvvəl vəzifədən gedə bilər.
Axar.az xəbər verir ki, bu barədə məlumatı diplomatik mənbələr təsdiqləyib. Məlumata görə, 72 yaşlı yaponiyalı diplomat səhhəti ilə əlaqədar gələn ilin mart ayında istefa verəcək.
MAQATE-dən “Frans Press” agentliyinin yaydığı bu xəbərə münasibət bildirilməyib və qeyd edilib ki, Y.Amano “gələcək planları ilə bağlı” qurumun Müdirlər Şurası ilə ünsiyyətdədir. Rəsmi açıqlama uyğun bir vaxtda ictimaiyyətin diqqətinə çatdırılacaq.
Qeyd edək ki, Y.Amano 2009-cu ildən MAQATE-nin Baş direktorudur. Onun mandatı 2021-ci ildə başa çatmalı olsa da, artıq son dövrlərdə mühüm tədbirlərdən kənarda qalması Y.Amanonun səhhəti ilə bağlı şayiələrin artmasına səbəb olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət