“Maps.me”dən Azərbaycana qarşı hörmətsizlik
Dünyanın ən çox istifadə edilən “Maps.me” xəritəsində Azərbaycan ərazisi olan Dağlıq Qarabağ müstəqil ölkə kimi göstərilib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda sosial şəbəkədə məlumat paylaşılıb. Xəritədə ərazinin adı "Nagorno Karabakh Republic" kimi qeyd olunub.
Qeyd edək ki, dünyada əksər turistlər səfər edən zaman bu xəritədən istifadə edir. Buna görə də, turistlər xəritədə qeyd edildiyi kimi, Dağlıq Qarabağı Azərbaycandan ayrı görür.
Sosial şəbəkə istifadəçiləri problemi həll etmək üçün çağırış edib. Bunun üçün şirkətə şikayət məktubu yazmağı tövsiyə edirlər. Həmçinin “edit place” yazılan yerdən bu yerlə bağlı bildirişlər göndərilməli və ya Play Store və İOS marketdən "Maps.me" proqramına daxil olaraq 1 ulduz verilərək şərhlər yazılmalıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət