Dərc edildi: Baxış sayı: 521
"Mançester Yunayted"in oyunçusu koronavirusa görə pul yığır
"Mançester Yunayted"in fransız yarımmüdafiəçisi Pol Poqba "İnstagram" səhifəsindəki izləyiciləri arasında vəsait yığımını elan edib.
“Report” xəbər verir ki, yığımın məqsədi koronavirusa qarşı mübarizə ilə məşğul olan təşkilatlara sponsorluq etməkdir.
Bazar günü – martın 15-də Poqbanın 27 yaşı tamam olub. Bununla əlaqədar olaraq o bildirib ki, 30 min avronun yığılmasına nail olan kimi, məbləği ikiqat artıracaq.
"Bu gün ad günümdür və şükür edirəm ki, ailəm, dostlarım və mən sağıq və sağlamıq. Amma indi hamı sağlam deyil. Koronavirus pandemiyası çox həyatlara, həmçinin uşaqların həyatına təsir edir. Belə vaxta biz birlikdə hərəkət etməliyik", - Poqba yazıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət