"Mançester Yunayted" on il komandada çıxış edən futbolçu ilə yollarını ayırır
İngiltərənin "Mançester Yunayted" klubunun fubolçusu Antonio Valensiya mövsümün sonunda komandadan ayrılacaq.
"Report" "Mirror"a istinadən xəbər verir ki, bu barədə klubun baş məşqçisi Ule Qunnar Sulşer Premyer Liqanın 29-cu turunda qarşılaşacaqları "Sautgempton"la matçdan öncə təşkil olunan mətbuat konfransında məlumat verib.
O, 34 yaşlı oyunçunun zədəsini tam bərpa etmədiyini, lakin klubda və İngtiltərədə möhtəşəm karyeraya imza atdığını vurğulayıb: "Klubun və Valensiyanın növbəti mövsüm üçün müqavilə barədə razılığa gələcəklərinə əmin deyiləm".
Qeyd edək ki, Antonio Valensiya 2009-cu ildən "Mançester Yunayted"də çıxış edir. Müqavilədə yer alan bəndə əsasən, klub onunla sözləşməni martın 1-dək yeniləyə bilərdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət