Slimfit
  1. İDMAN

“Mançester Siti” yenidən çempion oldu

“Mançester Siti” yenidən çempion oldu
Sakura

“Mançester Siti” yenidən çempion oldu

 

Mayın 12-də İngiltərə Premyer Liqasının sonuncu - XXXVIII turu keçirilib.

Oxu.Az xəbər verir ki, sonuncu tur olduğundan 10 oyunun hamısı eyni vaxtda başlayıb.

Premyer Liqada çempionluq uğrunda əsas mübarizə “Liverpul” və “Mançester Siti” komandaları arasında gedirdi. Belə ki, 37 turdan sonra “Mançester Siti” 95 xalla birinci, “Liverpul” isə 94 xalla ikinci yerdə qərarlaşmışdı.

“Mançester Siti” səfərdə “Brayton” komandasının 1:4 hesabı ilə məğlub edərək ardıcıl ikinci, tarixində isə yeddinci dəfə çempion olub. Pep Qvardiolanın yetirmələrindən Serxio Aqüero, Aymerik Laport, Riyad Mahrez və İlkay Gündoğan fərqləniblər. Meydan sahiblərinin yeganə qoluna isə Qlen Mürey imza atıb.

Klubun ilk çempionluğu 1936-ci ilə təsadüf edir. Həmin il rəqiblərinə şans verməyən “Şəhərlilər” “Çarlton Atletik” klubunu 8 xal qabaqlayaraq çempion olublar. Klub, həmçinin dəfələrlə İngiltərə kuboku və Superkubokunun qalibidir.

“Liverpul” son turda doğma azarkeşlər önündə “Vulverhempton” komandası ilə qarşılaşıb. Yürqen Kloppun yetirmələri 17-ci dəqiqəsində Trend Aleksander-Arnold və 81-ci dəqiqədə Sadio Manenin vurduğu qollarla rəqibini 2:0 hesabı ilə məğlubiyyətə uğradıblar.

Turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:

“Börnli” - “Arsenal” - 1:3

“Kristal Pelas” - “Bornmut” - 5:3

“Fulhem” - “Nyukasl” - 0:3

“Lester Siti” - “Çelsi” - 0:0

“Mançester Yunayted” - “Kardif Siti” - 0:2

“Sauthempton” - “Haddersfild” - 1:1

“Tottenhem” - “Everton” - 2:2

“Uotford” - “Vest-Hem” - 1:4

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR