Slimfit
  1. İQTİSADİYYAT

Manatın hazırki kursu iqtisadiyyata hansı fəsadları vəd edir?

Manatın hazırki kursu iqtisadiyyata hansı fəsadları vəd edir?
Sakura

Manatın hazırki kursu iqtisadiyyata hansı fəsadları vəd edir?

Dünya birjalarında baş verən son hadisələr böhranın dərinləşməsindən, neftin yaxın gələcəkdə bahalaşmaq ehtimalının olmamasından xəbər verir. Xarici analitiklər neftdən asılı ölkələr arasında Azərbaycanın vəziyyətinin daha ağır olacağını proqnozlaşdırırlar, çünki SOCAR-ın 10 milyarda qədər xarici borcu gec-tez hökumət üçün başağrısına çevriləcək

Hazırda Azərbaycanın yaxın qonşularının milli valyutaları sürətlə dəyər itirir. Manata olan təzyiqlər bütün tərəflərdən artır. Banklar Mərkəzi Bankın manatla olan qısamüddətli depozit hərraclarına da maraqlarını itirirlər. İndi Azərbaycanda yalnız bir, amma son dərəcə qorxunc biznes növü qalıb - dollar almaq

Əgər hadisələr belə cərəyan edərsə, valyuta ehtiyatları hesabına manatın kursunu saxlamaq cəhdlərinin heç bir faydası olmayacaq. Hökumət 2015-ci ilin səhvlərini təkrar edir, panikanın qarşısını almaq üçün valyuta ehtiyatlarını xərcləyir. Yuxarıda göstərildiyi kimi, dollar almağın yeganə biznes növünə çevrildiyi halda, bu tendensiyanın qarşısını almaq mümkün olmayacaq. Əgər banklar 14 günlük depozit hərracının 5.51 faizlik gəlirlərinə maraqlarını itirirlərsə, sahibkarlar da xaricdən müxtəlif yollarla mal idxalında maraqlı olmayacaqlar

Manatın yaxın gələcəkdə minimum 30-40 faiz ucuzlaşması perspektivində, 5-10 faiz gəlirdən ötrü heç kim riskə getməyəcək. Bu isə idxaldan asılı olan ölkəni qıtlıq və bahalaşma ilə hədələyir. Bu qeyri-sağlam tendensiyanın qarşısını almağın yeganə yolu, manatı ucuzlaşdıraraq, hələlik Mərkəzi Banka sərbəst nəfəs almaq imkanı verməkdir

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR