Slimfit
  1. CƏMİYYƏT

"Mall"lar və iri ticarət mərkəzləri açılarsa - BU ŞƏRTLƏRLƏ işləyəcək

"Mall"lar və iri ticarət mərkəzləri açılarsa - BU ŞƏRTLƏRLƏ işləyəcək
Sakura

"Mall"lar və iri ticarət mərkəzləri açılarsa - BU ŞƏRTLƏRLƏ işləyəcək

Azərbaycanda sərt karantin rejiminin yumşaldılmasından sonra rayonlara gediş-gəliş və qapalı vəziyyətdə fəaliyyət göstərən kafe və restoranlarla bağlı qadağalar aradan götürülüb.

Ens.az BAKU.WS-a istinadən xəbər verir ki, növbəti yumşaldılma zamanı əhalini daha çox "mall"lar və iri ticarət mərkəzləri ilə bağlı qadağaların ləğvi maraqlandırır. 

Belə ki, məhz iri ticarət mərkəzlərinin fəaliyyətə başlaması həm sahibkar, həm də alıcı kütləsinin əsas istəklərinə çevrilib. 

Operativ Qərargah ticarət mərkəzlərinin fəaliyyətinə qoyulan qadağanı aradan qaldıracağı təqdirdə, əhalinin müəyyən şərtlərə əməl etməsi vacib olacaq. Millət vəkili Cavid Osmanov da BAKU.WS-ə açıqlamasında bildirdi ki, bu məsələdə sahibkarlar da maraqlı olmalıdır:

"Nazirlər Kabineti yanında Operativ Qərargah statistikanı təhlil edərək yoluxanların dinamikasına uyğun olaraq addımlar atır. Yumşalmalar tədricən həyata keçirilir. Məlumdur ki, sentyabrın 15-də dərslər başlayacaq. Burada alış-veriş məsələsi var. Həm geyim, həm də məktəbli ləvazimatları iri ticarət mərkəzləri ilə yanaşı, digər yerlərdə də satılır. Bunları həmin yerlərdən almaq mümkündür.

İri ticarət mərkəzləri və "mall"ların açılması ilə bağlı sadə qaydalar var. Yumşalma olduğu təqdirdə iri ticarət mərkəzləri açılacaq. Burada vətəndaşlar da müəyyən qaydalara əməl etməlidir. Sosial məsafənin gözlənilməsi, qoruyucu vasitələrdən istifadə və şəxsi gigiyeniyaya diqqət yetirilməlidir.

İri ticarət mərkəzləri qapalı şəraitdə olduğu üçün qaydalara əməl etmək mütləqdir. "Mall"lara insanları sayla buraxmaq düzgün olmazdı. Əgər yumşaldılmaya gedilsə, ticarət mərkəzləri açılsa, hamı ora daxil olmaq imkanına malik olmalıdır. İstənilən halda ticarət mərkəzlərində fəaliyyət göstərən sahibkarlar da maraqlı olmalıdır ki, qoyulan qaydalara riayət olunsun".

 

Ticarət mərkəzləri pandemiya dövründə fəaliyyətini bərpa edəcəyi təqdirdə bu şərtlərlə işləyəcək:

Ticarət mərkəzlərinin daxilində tibbi maska istifadəsi məcburidir;

Ticarət mərkəzlərindəki apteklərdə tibbi maskaların satışı təmin edilməlidir;

Bütün ticarət mərkəzlərində xüsusi tibb məntəqələri ayrılmalı və tibbi personalı müvafiq təlim keçməlidir;

Ticarət mərkəzlərinin girişlərində xüsusi ayrılmış sahədə daxil olan vətəndaşların məsafədən termometriyası aparılmalıdır;

Hərarəti yüksək olan və infeksiya simptomları olan şəxslər tibb məntəqəsində izolyasiya edilməli, sağlamlıq vəziyyəti qiymətləndirilməli, zərurət yarandıqda 103 TTTY xidməti dəvət edilərək tibb müəssisəsinə göndərilməlidir;

Ticarət mərkəzinin ayrı-ayrı sahələrində davranış və dezinfeksiya qaydaları müvafiq sahələrin qaydalarına uyğun icra edilməlidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR