Slimfit
  1. CƏMİYYƏT

Maliyyəçilər 200 ədəd Eldar şamı və zeytun ağacı əkiblər

Maliyyəçilər 200 ədəd Eldar şamı və zeytun ağacı əkiblər
Sakura

Maliyyəçilər 200 ədəd Eldar şamı və zeytun ağacı əkiblər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti ağacəkmə aksiyası keçirib.

AMB-dan AZƏRTAC-a bildirilib ki, Mərkəzi Bankın əməkdaşları övladları ilə birgə Müşfiqabad qəsəbəsində yerləşən ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 200 ədəd Eldar şamı və zeytun ağacı əkiblər.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində bu ildən başlayaraq 10 il ərzində hər il 100 min ağac olmaqla, ümumilikdə, 1 milyon ağac əkiləcək.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR