Slimfit
  1. AZƏRBAYCAN

Maliyyə vəsaiti ayrılan qəzetlərin fəaliyyətində dəyişikliklər olacaqmı?

Maliyyə vəsaiti ayrılan qəzetlərin fəaliyyətində dəyişikliklər olacaqmı?
Sakura

Maliyyə vəsaiti ayrılan qəzetlərin fəaliyyətində dəyişikliklər olacaqmı?

Ötən gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının keçirilən növbəti iclasında 25 qəzetə maliyyə vəsaiti ayrılıb. Qəzetlərə ayrılan maliyyə vəsaiti 3 kateqoriya üzrə nəzərdə tutulub. 

“Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev “Report”a bildirib ki, qəzetin fəaliyyəti bundan sonra daha da yüksək səviyyədə davam etdiriləcək: “Biz seçdiyimiz yolu davam etdirəcəyik. Qəzetin fəaliyyəti yüksək səviyyədə davam etdiriləcək. Təbii ki, kollektivin indiyə qədər istifadə olunmamış intellektual potensialının daha da aktiv şəkildə üzə çıxarılması üçün var gücümüzü sərf edəcəyik. Artıq bu, hər bir əməkdaşımızın qarşısında qoyulan vəzifələrdən biridir. Bundan əlavə qəzetin yayımının daha da gücləndirilməsi, abunələrin sayının artırılması, oxucularla əlaqələrin gücləndirilməsi, eləcə də qəzetin internet versiyasında fəaliyyətinin inkişaf etdirilməsi istiqamətində müəyyən işlərin həyata keçirilməsini planlaşdırırıq. Yaxın aylarda qəzetin fəaliyyətində böyük dəyişikliklər edəcəyik”.

“Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev

Baş redaktorun sözlərinə görə, qəzetin çap versiyasında vizual dəyişiklərin həyata keçirilməsi də gözlənilir. O, həmçinin yaxın zamanda qəzetlə əməkdaşlıq üçün yeni jurnalistlərin cəlb olunmasını düşünür: “Amma bunun yaxın aylarda baş tutması bizim imkanlarımızdan aslı olacaq. Təbii ki, rəngli çapa keçmək və onlayn versiyanın dizaynında müxtəlif dəyişikliklər etmək bizim gündəliyə çıxardığımız məsələlərdəndir. Azərbaycanda istedadlı jurnalistlər çoxdur. Qəzetimizə istedadlı jurnalistlərin cəlb olunması üçün müxtəlif vakansiyalar elan olunacaq”.

“Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı “Report”a deyib ki, onun rəhbərlik etdiyi qəzet 16 səhifədə, A3 formatda, 2500 tirajla dərc olunacaq: “Maliyyət vəsaiti müəyyən kateqoriyalara uyğunlaşmış qəzetlərə ayrılıb. Bizə ayrılan vəsait qəzetimizin həftədə 3 dəfə (günaşırı) çap olunmasına imkan yaradır. Bizim hazırda maliyyə imkanlarımız o qədər yüksək deyil ki, qəzet rəngli tərtibatda nəşrə başlasın. Bizə ayrılan vəsait qəzetimizin rəngli çıxmasına imkan vermir. Qəzetin fəaliyyətində elə də ciddi dəyişikliklər gözlənilmir. Əvvəlki kimi yenə də qəzetimiz informasiya istiqamətli mətbu qurum olaraq fəaliyyətini davam etdirəcək. Amma bununla yanaşı yaradıcılıq məsələsinə biz mütəmadi olaraq nəzər yetiririk. “Şərq” qəzeti klassik qəzetçilik prinsiplərini qoruyan bir qəzetdir. Qəzetin onlayn versiyası üzərində ciddi işlər aparırıq. Əsas məqsədlərimizdən biri saytın gücləndirilməsidir”.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin sözlərinə görə, rəhbərlik etdiyi qəzet fəaliyyətini əvvəlki qaydada davam etdiriləcək: “Yaxın zamanlarda internet resurslarımızı yeniləmişik. Həm qəzetin adını daşıyan xalqcebhesi.az, həm də bizim resurslara daxil edilən baymedia.az saytlarının üzərində ciddi işlər aparırıq. Qəzet həftədə 3 dəfə çap olunacaq. Qəzetimizin 5 dəfə deyil, 3 dəfə dərc olunması isə kağız xərclərinin azaldılması deməkdir. Biz bu prosesdən maksimum dərəcədə faydalanmağa çalışacağıq. Əslində, biz maliyyə vəsaitlərinin ayrılması elan olunmazdan öncə də artıq bu istiqamətdə fəaliyyətə başlamışdıq. Qəzetimizin rəngli çapa keçməsi zamanla olacaq. Hazırda isə bizim qarşımıza qoyduğumuz vəzifələr başqadır. Bizə ayrılan vəsait qəzetimizin rəngli tərtibatda nəşr olunması üçün kifayət eləmir. Təbii ki, bizim də rəngli çapa keçmək arzumuzdur. İnanıram ki, bu arzu da reallığa çevriləcək”. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR