Slimfit
  1. CƏMİYYƏT

Maliyyə Nazirliyinin inzibati binasına giriş qaydalarında yenilik

Maliyyə Nazirliyinin inzibati binasına giriş qaydalarında yenilik
Sakura

Maliyyə Nazirliyinin inzibati binasına giriş qaydalarında yenilik

“COVID-19” xəstəliyi ilə əlaqədar Maliyyə Nazirliyinin inzibati binasına giriş qaydalarında yenilik edilib.

Nazirlikdən verilən məlumata görə, avqustun 31-dən etibarən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin inzibati binasına daxil olan əməkdaşlar və qonaqlar “E-Təbib” tətbiqi yüklənən smartfon telefonlarını xüsusi qurğuya yaxınlaşdıraraq oxutmalıdırlar.

Statusu “qırmızı” və ya “sarı” olan şəxslərin nazirliyin inzibati binasına girişi qadağan olunacaq.

Təlimata əsasən, “qırmızı” statuslu şəxs “COVID-19” virusunun daşıyıcısı olduğuna görə dərhal izolyasiya olunmalıdır. “Sarı” statuslu şəxs isə testinin cavabı pozitiv olan aktiv xəstə ilə yaxın məsafədə olduğuna görə yoluxma ehtimalına qarşı təcrid edilərək yoxlanışdan keçməlidir.

Qurğu vasitəsi ilə yoxlanılması təmin edilməyən əməkdaşlar və qonaqlar isə inzibati binaya buraxılmayacaq.

Qeyd edək ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə müəyyən preventiv tədbirlərin görülməsi üçün “E-Təbib” mobil tətbiqi hazırlanaraq istifadəyə təqdim olunub.

Bu tətbiq vasitəsilə istənilən şəxs ictimai yerlərdə olarkən ətrafındakı insanların potensial virus daşıyıcısı olub-olmaması barədə xəbərdar edilirlər. Təsadüfən infeksiyanın daşıyıcısı ilə əlaqəsi olan şəxsə (məsələn, növbədə, dükanda, ictimai nəqliyyat vasitələrində, ticarət mərkəzlərində və s.) bildiriş göndərilir və laboratoriya testinə dəvət olunur.

“E-Təbib” bluetooth texnologiyası əsasında işləyir və yaxınlıqdakı digər tətbiq istifadəçiləri ilə əlaqə qurur.

Mənbə: Oxu.Az 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR