Dərc edildi: Baxış sayı: 215
Maliyyə Nazirliyi Çağrı Mərkəzinin nömrəsini dəyişib
Maliyyə Nazirliyi vətəndaşların müraciətlərini artıq 012 404 46 99 nömrəsi ilə deyil, “8778” qısa nömrəsi vasitəsilə qəbul edəcək.
"Ens.Az" bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, Çağrı Mərkəzinin xidmətindən istifadə etmək üçün vətəndaşlar “8778” qısa nömrəsinə stasionar və bütün #mobil telefonlardan birbaşa müraciət edə bilərlər.
Çağrı Mərkəzi qanunvericilikdə nəzərdə tutulmuş qaydada iş günlərində fasiləsiz olaraq saat 9.00-dan 18.00-a qədər fəaliyyət göstərir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət