Maliyyə nazirindən deputata cavab: "Əsas prioritetimiz bunlardır"
Bu gün Azərbaycan dövlətinin əsas prioriteti “Böyük Qayıdış”ı, dövlətin təhlükəsizliyinin və müdafiə qabliyyətinin artırılmasını təmin etməkdir.
Ens.az Ölkə.az-a istinadən xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisin növbədənkənar sessiyasında 2023-cü il büdcəsinin müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlının iqtisadi sistemdə balansın pozulması ilə bağlı qaldırıdığı məsələyə cavab verərkən deyib.
“Balansın saxlanması vacibdir. Amma prioritet yaddan çıxarılmamalıdır. Azərbaycanın qarşısında duran əsas prioritetlərdən biri də iqtisadi təhlükəsizliyinin təmin edilməsi və digər zəruri dövlət xərcləridir”, - nazir qeyd edib.
O əlavə edib ki, maliyyə vəsaitinə uyğun olaraq digər sahələrə də vəsaitlər ayrılır: “Amma bu zaman maliyyə ehtiyatlarının qorunması da vacibdir və biz bunu nəzərə alırıq. Bu siyasət özünü doğruldub”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət