Slimfit
  1. İQTİSADİYYAT

Maliyyə naziri: "Növbəti ildə böyük vergi islahatı aparılacaq"

Maliyyə naziri: "Növbəti ildə böyük vergi islahatı aparılacaq"
Sakura

Maliyyə naziri: "Növbəti ildə böyük vergi islahatı aparılacaq"

 "Növbəti ildə faktiki olaraq böyük vergi islahatına gedirik. Bu, dövlət tərəfindən atılan kifayət qədər cəsarətli addımdır. Müəyyən vaxt ərzində dövlət büdcəsinin gəlirinin bir hissəsindən faktiki olaraq imtina edirik".

"Report"un verdiyi xəbərə görə, bu barədə maliyyə naziri Samir Şərifovbildirib.

"Ona görə ki, biz istəyirik iqtisadiyyatda şəffaflaşma baş versin, kölgə iqtisadiyyatı tədricən azaldılsın və bunun üçün sahibkarlar üçün stimul yaradırıq. Sahibkarları həvəsləndiririk ki, onlar da bu addımı dəstəkləsinlər. Sosial sığorta haqlarının işçi və işəgötürən arasında bölgü məsələsinə toxunmuşuq. Bunlardan sonra belə ARDNF-dən transfert əhəmiyyətli dərəcədə artmır",- nazir deyib.

O qeyd edib ki, əvvəllər Dövlət Neft Fondunun xətti ilə bir sıra layihələr maliyələşdirilirdi: "İndi bu layihələr dövlət büdcəsi ilə maliyyələşdiriləcək". 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR