Dərc edildi: Baxış sayı: 522
Maliyyə Monitorinqi Xidməti ötənilki gəlirlərinin hamısını xərcləyib
2019-cu ildə Maliyyə Monitorinqi Xidməti 1,3 milyon manat gəlir əldə edib.
Ens.az “Report” -a istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 4,3 dəfə çoxdur.
Bununla belə, ötən il MMX-nın xərcləri də elə bu qədər təşkil edib. Belə ki, qurum insan resurslarına 977 min manat (8,6 dəfə çox), köhnəlmə və amortizasiyaya 121 min manat (təxminən 40 dəfə çox), inzibati istiqamətlərə isə 199 min manat (5,85 dəfə çox) vəsait yönəldib.
Bu il yanvarın 1-nə MMX-nın aktivləri 7 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 2,2 dəfə çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 402,2 dəfə artaraq 3,8 milyon manata, balans kapitalı isə 1,4% artaraq 3,2 milyon manata çatıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət