Dərc edildi: Baxış sayı: 474
Maliyyə Bazarlarına Nəzarət Palatasının kollektivinin 25%-i ixtisar olunub
Ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) səlahiyyətlərinin Azərbaycan Mərkəzi Bankına (AMB) verilməsi, başqa sözlə, iki qurumun birləşdirilməsi prosesi başa çatıb.
"report"a istinadla xəbər verir ki, bu barədə AMB-nin sədri Elman Rüstəmov sahibkarlarla görüşdə məlumat verib.
Onun sözlərinə görə, MBNP-nin kollektivinin 75%-i AMB-də işlə təmin olunub: “Bununla yanaşı, iki qurumun bir-birini təkrarlayan funksiyaları var idi. Bununla əlaqədar kollektivin qalan 25%-nə kompensasiya ödənilib və onlar ixtisar olunub”, - o qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət