Slimfit
  1. İQTİSADİYYAT

Maliyyə Bazarlarına Nəzarət Palatası ölkə prezidentinin çağırışına reaksiya verib

Maliyyə Bazarlarına Nəzarət Palatası ölkə prezidentinin çağırışına reaksiya verib
Sakura

Maliyyə Bazarlarına Nəzarət Palatası ölkə prezidentinin çağırışına reaksiya verib

Maliyyə Bazarlarına Nəzarət Palatası “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na dəyişikliklər edib.

Report”un əldə etdiyi məlumata görə, bu addım Prezident İlham Əliyevin iqtisadiyyatın real sektorunun kreditləşdirilməsinin artırılması çağırışı ilə əlaqədar atılıb.

Qaydalara edilmiş əsas dəyişikliklərdən biri kiçik və orta subyektlərinə (KOS) və qeyri-neft sektoru üzrə ixracın maliyyələşdirilməsinə verilən kreditlərin risk dərəcələrinin azaldılmasıdır. Bu yenilik banklara, onların mövcud kapitalları çərçivəsində daha çox biznes krediti vermək imkanı yaratmaqla toplanmış resursların həmin sahələrə yönləndirilməsini daha maraqlı edir. Bu isə makro səviyyədə biznes subyektlərinin maliyyə əlçatanlığının artrırılması və iqtisadiyyatın diversifikassiyasına təkan verəcək.

Dəyişikliklərdə, həmçinin, məsuliyyətli kreditləşmə və sağlam borclanma ilə bağlı həyata keçirilən prudensial siyasətin daha effektiv təşkili və spekulyativ halların aradan qaldırılması ilə bağlı məsələlər də mövcuddur. Belə ki, Qaydalarda istehlak kreditləri üzrə risk dərəcələrinin müəyyənləşdirilməsi zamanı borcun gəlirə nisbəti, faiz dərəcəsi, müddət və valyutasından asılı olaraq differensial və daha sərt yanaşma tətbiq edilib. Tənzimləmənin bu formatda təşkili, banklar üçün biznes kreditləri ilə müqayisədə istehlak kreditlərinin veriləməsinin cəlbediciliyini azaldacaq. Nəticədə, istehlak kreditlərinin artım tempi zəifləyəcək və əhalinin izafi borclanması məhdudlaşacaq.

Eyni zamanda, Qaydalarda requlyativ çərçivənin beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı dəyişikliklər də yer alıb. Buna misal kimi, kredit riskləri üzrə BASEL II Yeni Standart Yanaşmaya tam keçidin edilməsi, o cümlədən beynəlxalq reytinq agentliklərinin verdiyi reytinqlər əsaslı suveren və korporativ qiymətli kağızların risk dərəcələri üzrə təsnifləşdirilməsi göstərilə bilər. Bununla yanaşı, Bazel II və III nəsil prinsiplərinin tətbiqi məqsədilə Qaydalara bazar və əməliyyat risklərinə qarşı kapital buferi formalaşdırılması tələbi əlavə edilib.

Bu cür tələblərin gətirilməsi prudensial tənzimləmənin beynəlxalq səviyyəyə qaldırılması, bank sktorunun kredit risklərindən əlavə bazar və əməliyyat risklərinə qarşı da dayanıqlığının artmasının göstəricisidir. Bu tələblərlə yanaşı, prudensial çərçivənin Bazel III nəsil prinsiplərinə uyğunlaşdırılması məqədilə kapital adekvatlığı əmsallarının hesablanması zamanı kontr-tsiklik kapital buferinin nəzərə alınması tələbi əlavə edilib. Kontr-tsiklik kapital buferi makroprudensial alət olaraq bank sektorunu izafi kreditləşməsinin nəticəsi olan sistem risklərinin qarşısının alınması və tsiklik proseslərə həssaslığının azaldılmasını nəzərdə tutur. Bütövlükdə, nəzarət orqanlarına kontr-tsiklik kapital buferinin tətbiq edilməsi gücünün verilməsi izafi kreditləşmə dövrlərində kreditləşmənin artım tempinin azaldılması, habelə adekvat kapital buferinin formalaşdırlması imkanı yaradır. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR