Dərc edildi: Baxış sayı: 508
Mali prezidenti: “Hakimiyyətimi qorumaq naminə qan tökülməsini istəmirəm”
Mali prezidenti İbrahim Bubakar Keyta tutduğu vəzifədən istefa verdiyini və parlamenti buraxdığını elan edib.
“RİA Novosti” xəbər verir ki, bu barədə prezident B. Keyta televiziyasındakı çıxışında məlumat verib.
“Bu dəqiqədən etibarən səlahiyyətlərimin icrasını dayandırmaq qərarına gəldim... Hakimiyyətimi qorumaq naminə qan tökülməsini istəmirəm”, deyə Mali prezidenti dövlət televiziyasının canlı efirində söyləyib.
B. Keyta 2013-cü ildən prezident vəzifəsini icra edirdi.
Xatırladaq ki, ötən gün Malidə qiyam qaldıran hərbçilər bəzi nazirləri və yüksək rütbəli zabitləri həbs ediblər.
Mənbə: Oxu.Az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət