Slimfit
  1. MARAQLI

Malazgird döyüşü: dünya tarixində bir dönüş - Anadolu həmişəlik türk torpağına çevril­di

Malazgird döyüşü: dünya tarixində bir dönüş - Anadolu həmişəlik türk torpağına çevril­di
Sakura

Malazgird döyüşü: dünya tarixində bir dönüş - Anadolu həmişəlik türk torpağına çevril­di

Sultan I Toğruldan sonra hakimiyyətə gəlmiş Alp Arslan (1063-1072) öz sələfinin işini layiqincə davam etdirdi. Onun yürüşlərində əsas məqsəd Anadolunu türk torpaqlarının tərkibinə qatmaq idi. Anadoluya hücum edən qoşunlara Afşin, Sunduk, Əhmədşah, Türkmən, Savtəkin, Aytəkin kimi cəsur sərkərdələr başçılıq edirdilər.

Səlcuqlar Sivas, Qeysəriyyə və Konya şəhərlərini, Ərçiş, Əhlət, Malazgird və Mənbiğ qa­la­larını ələ keçirdilər.

Bizans imperatriçəsi Eydoksiya dövləti idarə etməkdə çətinlik çəkirdi. Ona görə də Bizans əyanları hakimiyyəti daha qüvvətli bir şəxsə verməyi tələb edir­dilər. Eydoksiya türklərin hücumlarının qarşısını  al­mağa qadir olan, Bizans tor­paqlarını qoruya bilən bir qəhrəman olarsa, həmin şəxsə ərə gedəcəyini bil­dirdi və bununla da imperatorluğun ona veriləcəyini elan etdi. Bizans sərkərdəsi Roman Diogen bu şərtləri qəbul etdi və 1068-ci ildə imperator elan olundu. Yeni imperator Makedoniya, Trakiya və Yunanıstandan əlavə qüvvələr topladı. Bütün Orta və Qərbi Anadoluda əli silah tutan kişilər səfərbər edildi. Rumelidə ya­şayan oğuz və peçeneqlər də orduya cəlb olundular. Artmaqda olan türk təh­lükəsindən narahat olan bir sıra Avropa dövlətləri Bizansa kömək göndərdilər.

Di­ogenin ordusu Ərzurum istmaqmətində hərəkət edərək Malazgirdi ələ keçir­di. Səlcuq qüvvələrinin komandanı Əmir Sunduk Bizans qoşunlarına hücum edə­rək, onları məğlub etdi. Bizansın zəfər nişanı olan "Böyük qızıl xaç" hərbi qənimət kimi ələ keçirildi və Alp Arslana göndərildi.

 

Bizans qoşunlarının Cənubi Qafqaz, o cümlədən, Azər­bay­can isti­qa­mə­tin­­də hücum xəbəri Alp Arslanı Suriyadan geri dönməyə məcbur etdi. Vaxt qa­zan­maq və ordu toplamaq üçün Alp Arslan Bizans sarayına elçilər heyətini gön­dərərək, öz barışıq şərtlərini təklif etdi. Lakin Diogen bu təklifi rədd etdi. Düş­mənin hücumunun qələbə ilə nəticələnəcəyindən ehtiyat edən Alp Arslan özü  hü­cuma  keçməyi qərara aldı.

Malazgird döyüşü 1071-ci il avqustun 26-da baş­landı. Bizans ordusundakı oğuzlar və peçeneqlər qarşıdakı ordunun soy­daş­la­rın­dan ibarət olduğunu anlayıb səlcuq­la­rın tərəfinə keçdilər. Diogen əsir düşdü. Alp Arslan onu bağışladı və 50 il müddətinə sülh müqaviləsi bağladı. Müqa­vi­ləyə gö­­rə Bizans hər il səlcuqlara vergi  verməli, lazım gəldikdə hərbi yardım göstər­məli idi. Şərqi Anadolu torpaqları türklərə verildi.

Malazgird döyüşü dünya tarixində bir dönüş oldu. Bizansın və erməni-gür­cü feodallarının mövqeləri sarsıldı. Anadolu həmişəlik türk torpağına çevril­di. Bizansın əsas dayağı olan Kiçik Asiyanın fəthi bu dövlətin zəifləməsində və gə­ləcəkdə dağılmasında böyük rol oynadı. Bağdad xəlifəsi bu böyük qələbə mü­na­sibətilə Alp Arslanı "Ərəb və Əcəm hökmdarı", "Müsəlmanların xilaskarı" və "İslamın nuru" adlandırdı.

Mənbə: Milli.Az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR