Slimfit
  1. AZƏRBAYCAN

Maku xanlığı

Maku xanlığı
Sakura

Maku xanlığı

Maku xanlığı — Cənubi Azərbaycan ərazisində (indiki İran ərazisində) xanlıq. (XVIII əsrin 40-cı illəri - 1922-ci il). Mərkəzi Maku şəhəri. Xoy, Qaradağ, Naxçıvan, İrəvan xanlıqları və Osmanlı imperiyası ilə hüdudlanırdı.

 

Xanları

  • Əhməd Sultan (1747-1778),
  • Hüseyn xan (1778-1822),
  • Əli xan (1822-1866),
  • Hacı İsmayıl xan (1866-1899),
  • Teymur Paşa xan (1899-1922),
  • Murtuzaqulu xan Bayat (1922)

 

Ümumi məlumat

Maku əyaləti Səfəvi hökmranlığı dövründə Çuxursəd bəylərbəyliyinə daxil olan yarımmüstəqil sultanlıqdan ibarət idi. Onu bayat tayfasından olan nəsli hakimlər idarə edirdi. Maku xanlığı öz ətrafında 30 kəndi birləşdirirdi.

Xanlığın banisi Bayat tayfasından Əhməd Sultan idi. O, xanlığın idarəsi və möhkəmləndirilməsi üçün bəzi tədbirlər gördü. Vaxtilə Nadir Şahın Xorasandakı sərkərdələrindən biri idi. Nadir şahın öldürülməsindən sonra onun arvadlarından biri ilə evlənir. Onun və oğlu Hüseyn xanın haqqında məlumat azdır. Xanlığın içində anklav olaraq Ayrımlı tayfasının 30 kənddən ibarət olan öz Avacıq xanlığı da var idi. Xanın ölümündən sonra torpaqlar oğlanları Həsən və Hüseyn xan arasında bölündü. Həsən xan İrəvanlı Məhəmməd xan Qacardan asılılığa düşdü. Hüseyn xanın Mahmudi və Əbaqiyyə mahalları Osmanlılar tərəfindən tutuldu, lakin bu mahalları tezliklə geri ala bildi. Əli xanın dövründə xanlıq möhkəmlənməyə nail oldu. Hüseyn xanın oğlu Əli xan hamının qibtə etdiyi bir xan olaraq tanınırdı. Əli xan daha sonra İslam dinindən çıxaraq Babın təlimini qəbul etmişdi. Bu xətt Hacı İsmayıl xanın zamanında da davam etdirildi. Teymur Paşa xan 1877-1878-ci illərdə xanlığı gücləndirdi. O, rus generalı Alxazovun Naxçıvan dəstələrilə birgə Təbriz üçün təhlükə yaradan Şeyx Übeydullanın dəstəsini məğlubiyyətə uğratdı. Ona yerli xalq "Azərbaycan Padşahı" ləqəbi vermişdi. Xanlığın son nümayəndəsi Murtuzaqulu xan isə 1922-ci ildə devrildi.

 

Əhali

Xanlığın əhalisi Azərbaycan türkləri və kürdlərdən ibarət idi. Əhalinin 900 ailəsi Əhl-Haqq (Yərsanizm) dininə etiqad edirdi. Xalq arasında sünnilər qaraqoyunlu, şiələr isə ağqoyunlu adlanırdı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR