Maksim Qorki - Aleksey Maksimoviç Peşkov
Maksim Qorki (əsl adı Aleksey Maksimoviç Peşkov 16 (28 mart) 1868, Nijni Novqorod, Rusiya İmperiyası — 18 iyun 1936, Qorki, Moskva vilayəti, RSFSR), SSRİ — rus və sovet yazıçısı. Qorki nəqliyyatçı olan atasını 5 yaşında ikən itirir və anası yenidən ərə getdiyindən anadan olduğu Novqoroda qayıdır. 11 yaşında tamamilə yetim qalır, nənəsi və babası tərəfindən Həştərxanda böyüdülür. Nağılları ilə böyüdüyü nənəsinin onun formalaşmasında böyük təsiri vardır. Qorki yalnız bir neçə ay məktəbə gedə bilir. 8 yaşında işləməyə başlıyar, bunun sayəsində Rusiyanın fəhlə sinfinin həyatı ilə yaxından tanış olar. Bir gəmidə qabyuyan işləyərkən oxumağa kitab marağı yaranar. İlk gənclik illərini Qazanda keçirən Qorki, dekabr 1887-ci ildə hətta intihara cəhd edir. Sonraki 5 il boyunca müxtəlif işlərdə çalışaraq, daha sonra yazılarında istifadə edəcəyi bir çox təəssüratı əldə etdiyi böyük Rusiya səyahətinə çıxar. Qorkiyə daha sonra əsərlərində görülən güclü təsvir onun kəskin bir müşahidəçi olduğunu göstərir.
Doğum tarixi |
28 mart 1868 |
Doğum yeri |
Nijni Novqorod, Rusiya İmperiyası |
Vəfatı |
18 iyun 1936 (68 yaşında) |
Vəfat yeri |
Moskva, SSRİ |
Vəfat səbəbi |
Ağciyər iltihabı |
Dəfn yeri |
Kremlin Wall Necropolis |
Həyat yoldaşı |
Yekaterina Peshkova və Maria Andreyeva |
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət