Slimfit
  1. İDMAN

Maksim Medvedev Aslan Kərimovun rekordunu yenilədi

Maksim Medvedev Aslan Kərimovun rekordunu yenilədi
Sakura

Maksim Medvedev Aslan Kərimovun rekordunu yenilədi

Topaz Premyer Premyer Liqanın 11-ci turu Maksim Medvedev üçün əlamətdar olub. 

Qol.az-ın PFL-in rəsmi Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, “Qəbələ”ylə səfərdəki matç (3:1) müdafiəçinin Azərbaycan çempionatlarında 269-cu oyunu olub. 

 


Yalnız bir komandada – "Qarabağ"da çıxış edən, Medvedev bununla da klubun tarixində yeni rekorda imza atıb. O, Ağdam klubunun heyətində ölkə çempionatlarında ən çox oyun keçirən futbolçu adına yiyələnib. Maksim 2006/07 mövsümündən çıxış etdiyi “Qarabağ”da keçirdiyi 269 oyunda 10 qol vurub. O, “Qəbələ” ilə görüşdə Aslan Kərimova məxsus olan və ötən tur şərik olduğu rekordu yeniləyib. 

Kərimov 1993-1997 və 2003-2011-ci illərdə “Qarabağ”da 268 çempionat oyununda forma geyinib və 12 qol vurub. 

Qeyd edək ki, Maksim həm də ölkə çempionatlarında eyni klubda ən çox oyun keçirən futbolçudur

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR