Dərc edildi: Baxış sayı: 336
Makronun yeni təyin etdiyi nazirdə xəstəlik aşkarlanıb
Yanvarın 11-də Fransanın xarici işlər naziri vəzifəsinə təyin olunan Stefan Sejurne disleksiyanın yaratdığı problemlərdən əziyyət çəkdiyini təsdiqləyib.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə nazir "Le Parisien" qəzetinə müsahibəsində bildirib.
"Gəncliyimdə mənə ağır disleksiya diaqnozu qoyulmuşdu. 15 il bundan əvvəl belə müsahibə vermək mənim üçün çətin olardı. Amma zəhmət və məşq nəticəsində nitq qüsurlarından demək olar, tamamilə xilas olmuşam. Amma yorğunluq və stress anlarında yenidən ortaya çıxırlar, sonra isə onlara qalib gəlmək mənim üçün çətin olur”, - o qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət