Avropa Birliyi ölkələri dollardan asılılıqlarını azalda bilməyiblər
Avropa Birliyi ölkələri dollardan asılılıqlarını azalda bilməyiblər.
Axar.az xəbər verir ki, bunu CNN-ə müsahibəsində Fransa Prezidenti Emmanuel Makron deyib.
“Məncə, bugünkü Avropanın dollara alternativi yoxdur. Niyə? Ona görə ki, faktiki olaraq dollar öz gücü ucbatından beynəlxalq toxunulmazlığa sahibdir. AB avronu dollar qədər güclü edə bilməyib. Buna görə də Avropa korporasiyaları dollardan həddən artıq asılı vəziyyətə düşə biliblər”, – deyə o bildirib.
Makron həmçinin AB-nin təhlükəsizlik məsələsində ABŞ-a daha az güvənməli olduğunu deyib.
“Avropa ölkələrinə İkinci Dünya müharibəsindən sonra ABŞ təhlükəsizliyin təminatı üçün gərəkli idi. Hesab edirəm ki, hazırda Avropanın öz təhlükəsizliyini qurmaq vaxtı çatıb.Ona görə də mən öz müdafiə xərclərimizi genişləndirirəm. Bunun üçün Macarıstan, Polşa, Finlandiya və digər ölkələrdəki şəxslərə anlatmaq lazımdır ki, problemi yarananda, hücuma məruz qalanda onları Avropa müdafiə edəcək”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət