Slimfit
  1. DÜNYA

Makron Yeni Kaledoniyaya zirehli texnika göndərəcək

Makron Yeni Kaledoniyaya zirehli texnika göndərəcək
Sakura

Makron Yeni Kaledoniyaya zirehli texnika göndərəcək

Fransa hakimiyyəti Yeni Kaledoniyaya əlavə zirehli texnika və helikopterlər göndərəcək.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Yeni Kaledoniyaya səfərindən sonra keçirilən mətbuat konfransında deyib.

Fransa Prezidenti bildirib ki, etirazları yatırmaq üçün hüquq-mühafizə orqanlarının üç min əməkdaşı, o cümlədən RAID və GIGN xüsusi təyinatlı polis və jandarmların 130 əməkdaşının cəlb edilib: “Əsas vəzifə ən qısa müddətdə sakitliyin və nizamın qaytarılmasıdır”.

Qeyd edək ki, Yeni Kaledoniyada on ildən artıqdır adada yaşayan Fransa sakinlərinə əyalət seçkilərində geniş səsvermə hüququnu nəzərdə tutan konstitusiyaya təklif edilən düzəlişə etiraz olaraq mayın 13-də aksiyalar başlayıb.

Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində baş verən etirazlara cavab olaraq Fransa hakimiyyəti komendant saatı tətbiq edib və ictimai toplantıları qadağan edib.

Son məlumatlara görə, Yeni Kaledoniyada etiraz aksiyaları zamanı ölənlərin sayı 6 nəfərə çatıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR