Dərc edildi: Baxış sayı: 270
Makron Qazaxıstan və Özbəkistana səfər edə bilər
Fransa Prezidenti Emmanuel Makron noyabrda Qazaxıstan və Özbəkistana səfər edə bilər.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Bloomberg” yayıb.
Agentlik yazır ki, səfər noyabrın 1-2-si baş tuta bilər. Bununla belə, Fransa liderinin saytında bununla bağlı məlumat yer almayıb.
Makronun sözügedən ölkələrə səfəri Fransanın uran tədarükünü artırmaq istəyi ilə əlaqələndirilib.
Bildirilir ki, Fransanın urana ehtiyacı Nigerdə enerji resursları emalının dayandırılması ilə bağlıdır. Belə ki, Nigerdəki hərbi çevrilişdən sonra Fransanın bu ölkədə həyata keçirdiyi uran hasilatı dayandırılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət