Makron Putinlə danışıqlarının detallarını açıqladı
Fransa Prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinlə apardığı müzakirələrin nəticələrindən danışıb.
TASS xəbər verir ki, E.Makron bu barədə "Twitter" hesabında yazıb.
O qeyd edib ki, Rusiyanın gələcəyi Avropa ilə bağlıdır:
"Əminəm ki, Rusiyanın gələcəyi tamamilə Avropa ilə bağlıdır. Biz Lissabondan Vladivostokadək uzanan Avropaya inanırıq".
Fransa lideri Rusiya Prezidenti ilə danışıqları əsnasında Sibirdəki yanğınlardan söz açdığını vurğulayıb. O bildirib ki, Kreml rəhbəri ilə Sibirdə buzlaqların əriməsi mövzusunu da müzakirə edib:
"Rusiya iqlim dəyişikliyinin dağıdıcı təsirləri ilə üz-üzədir. Bununla belə, mən Paris İqlim Sazişinin ratifikasiya edilməsindən məmnunan. Bu, simvolik bir jestdir, biz bu yolu tutmalıyıq".
E.Makron V.Putinlə Liviya və Suriyadakı vəziyyəti də müzakirə etdiyini bildirib.
Qeyd edək ki, Fransa və Rusiya liderlərinin Fransa prezidentlərinin yay iqamətgahı olan "Fort de Bregancon"da keçirilən danışıqları iki saat yarımdan çox davam edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət