Makron bu türk ölkələrinə səfərə gedir
Fransa Prezidenti Emmanuel Makron Qazaxıstan və Özbəkistana 1-2 noyabr tarixlərində səfər edəcək.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Yelisey Sarayından məlumat verilib.
“Fransa islahatlar və modernləşmə yolunda bu iki ölkəni dəstəkləməyə, beynəlxalq əlaqələrin şaxələndirilməsinə, eləcə də onların Avropa ilə münasibətlərini gücləndirmək niyyətinə töhfə verməyə hazırdır. Qazaxıstan və Özbəkistanı Fransaya yaxınlaşdırmaqda məqsəd iqtisadi sahədə, xüsusilə enerji sektorunda, mühüm materialların tədarükü, nəqliyyat, səhiyyə, kənd təsərrüfatı və müdafiə sahələrində əməkdaşlıqdır”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron noyabrın 1-də Qazaxıstana, noyabrın 2-də Özbəkistana gedəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət