Slimfit
  1. DÜNYA

Makron: Biz İsraili dayanmağa çağırırıq

Makron: Biz İsraili dayanmağa çağırırıq
Sakura

Makron: Biz İsraili dayanmağa çağırırıq

Fransa prezidenti Emmanuel Makron İsraili Qəzzada qadın və uşaqları öldürməyi dayandırmağa çağırıb.

Ens.az Bizimyol.info-a istinadən xəbər verir ki, o, bu barədə Britaniyanın ictimai yayımı olan "BBC"yə eksklüziv müsahibəsində bildirib.

Yelisey sarayında verdiyi müsahibədə Fransa lideri, həmçinin Fransanın HƏMAS-ın hərəkətlərini açıq şəkildə pislədiyini vurğulayaraq, atəşkəsin İsrailə fayda verəcəyini bildirib. "Qəzzada körpələr, qadınlar və qocalar bombalanır və öldürülür. Bunun heç bir əsası və legitimliyi yoxdur. Buna görə də biz İsraili dayanmağa çağırırıq", - deyə o qeyd edib.

Mən səninlə dost kimi danışıram

Müxbirin ABŞ və Böyük Britaniya da daxil olmaqla digər ölkələrin liderlərinin atəşkəs çağırışına qoşulmasını istəyib-istəmədiyiniz sualına Makron: “Ümid edirəm ki, olacaqlar”, - deyə cavabını verib.

İsrailin beynəlxalq hüququ pozub-pozmaması ilə bağlı danışan Fransa prezidenti: “İsrailin dostu kimi deyirəm ki, terror hadisəsindən bir ay sonra problemlə bu şəkildə mübarizə aparmağa çalışsanız, qınanan və günahkar siz olacaqsınız ”, - deyə İsrail hakimiyyətinə müraciət edib.

Noyabrın 9-da Fransa da Qəzzadakı mülki əhalinin vəziyyəti ilə bağlı Parisdə humanitar yardım konfransı təşkil edib və atəşkəs çağırışını təkrarlayıb.

Netanyahu Makrona cavab verib

İsrailin baş naziri Benyamin Netanyahu, Fransa prezidenti Emmanuel Makronun İsraili tənqid edən və atəşkəs çağırışı edən şərhlərinə verdiyi cavabda mülki insanların ölümündə İsrail hökumətinin deyil, HƏMAS-ın məsuliyyət daşıdığını qeyd edib.

Oktyabrın 7-də HƏMAS-ın basqında yüzlərlə israillini öldürdüyü və 200-dən çox israillini girov götürdüyü üçün İsrailin müharibəyə girdiyini qeyd edən Benyamin Netanyahu İsrail ordusunun mülki insanlara zərər verməmək üçün əlindən gələni etdiyini iddia edib.

Netanyahunun ofisindən verilən açıqlamada: HƏMAS-ın Qəzzada törətdiyi cinayətlərin sabah Parisdə, Nyu-Yorkda və dünyanın istənilən yerində törədilə biləcəyi xəbərdarlığı edilərkən, HƏMAS və İŞİD terror təşkilatlarını müqayisə edərək bütün dünyanın İsrailin yanında olması lazım olduğu irəli sürülüb.

“Xəstəxanalara hücumlar açıq müharibə cinayətidir”

İsrailin Qəzzaya hücumlarına əvvəldən ən sərt reaksiya verən ölkələrdən biri olan Kolumbiya prezidenti Qustavo Petro, İsrail ordusunun Qəzzada xəstəxanaları hədəf almasının açıq-aşkar müharibə cinayəti olduğunu bildirib. "X" sosial şəbəkə besabında açıqlama verən Petro, ABŞ və Avropa hökumətlərini tənqid edərək: "Cənub ölkələri bu soyqırımı dəstəkləyən ölkələrdən silah alınmasına embarqo qoymaqda birləşməlidir", - deyib.

Kolumbiya daha əvvəl Qəzzadakı vəziyyətlə əlaqədar məsləhətləşmələr üçün Tel-Əvivdəki səfirini geri çağırıb və İsrailin Boqotadakı səfiri Qali Daqanın ölkəni tərk etməsini istəyib.

UNICEF: 1 milyon uşaq uçurumun kənarındadır

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Uşaq Fondu (UNICEF) səhiyyə sisteminin iflasa uğramaq ərəfəsində olduğu Qəzzada 1 milyon uşağın uçurumun kənarında yaşamağa məcbur olduğunu açıqlayıb. UNİCEF-in yazılı bəyanatında qeyd olunub ki, səhiyyə xidmətlərinin dayandırılması uşaqların həyatını təhlükə altına atır. Açıqlamada Rantisi və Nəsr uşaq xəstəxanalarının çoxlu hücumlara məruz qaldığı, bu xəstəxanalarda son 24 saat ərzində reanimasiya və uşaq reanimasiya şöbələrindən başqa heç bir xidmət göstərilmədiyi bildirilib.

UNICEF-in Yaxın Şərq və Şimali Afrika üzrə regional direktoru Adele Hudr: "Qəzzada, xüsusən də şimaldakı uşaqlar uçurumun kənarındadır. Qəzzanın şimalında hələ də minlərlə uşaq var. Bu uşaqların gedəcək yerləri yoxdur və ciddi təhlükə altındadırlar. Biz uşaq səhiyyə müəssisələrinə hücumların dərhal dayandırılmasına, yanacaq və tibbi ləvazimatların verilməsinə çağırırıq", - deyə bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR