Dərc edildi: Baxış sayı: 552
Makron: “Avropanın bir hissəsi çöksə, qitə çökəcək”
Fransa Prezidenti Emmanuel Makron bütün Avropanı bürüyən səhiyyə böhranından sonra qitənin suverenliyinə doğru irəliləməyi vacib hesab edir.
BFM TV xəbər verir ki, E.Makron bu barədə brifinqdə etdiyi çıxışında bildirib.
“Avropa İttifaqına üzv olan 27 dövlət arasında qitə ölkələrinin strateji muxtariyyət layihəsi istiqamətində konsensus əldə edilir”, - deyə E.Makron söyləyib.
Fransanın dövlət başçısı yalnız kreditlər deyil, həm də maliyyə köçürmələrini əhatə edən geniş canlanma planı haqqında çağırış edib.
O hesab edir ki, Avropanın bir hissəsi çöksə, qitə çökəcək.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət