Dərc edildi: Baxış sayı: 327
"Maklerlər evlərin su təchizatı ilə təmin edildiyini deyərək insanları aldadırlar" - "Azərsu"
"Müəyyən işbazlar var ki, öz manefələrinə görə vətəndaşları dövlət qurumu ilə üz-üzə qoyurlar".
Redaktor.az xəbər verir ki, bu sözləri "Azərsu" ASC-nin "su təminatı, israfçılığın və qanunsuz istifadənin qarşısının alınması ilə bağlı Tədbirlər Planının icrası" mövzusundakı brifinqində Azərsu" ASC-nin Elektron idarəetmə və müştəri xidmətləri departamentinin rəis müavini Cabbar Cabbarlı dedi.
Rəis müavini bildirdi ki, maklerlər ev tikərək insanlara həmin evlərin su təchizatı ilə təmin edildiyini deyərək aldadırlar.
"Sonda biz bunun qanunsuz su istifadəsi olduğunu aydınlaşdırdıqda vətəndaşla üz-üzə qalmış oluruq", - deyə C.Cabbarlı qeyd etdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət