Slimfit
  1. MARAQLI

Makadamiya fındığı

Makadamiya fındığı
Sakura

Ən bahalı çərəzlərdən biri

Makadamiya fındığını müxtəlif dövrlərdə müxtəlif cür adlandırıblar: mullibimbi, bumera, kindal-kindal, Kvinslend, Avstraliya fındığı... İlk dəfə 1930-cu ildə Avstraliyanın Viktoriya ştatında botanik Ferdinand fon Müller əslən şotlandiyalı olan həmkarı və dostu Con Mak-Adamın şərəfinə onu Makadamiya fındığı adlandırmışdır.

AZƏRTAC xəbər verir ki, həmin il Avstraliyada makademiyasevərlər assosiasiyası yaradıldığına görə məhz bu adın üzərində dayanılıb. 1970-ci ildən başlayaraq Makadamiya fındığı Avstraliyanın Kvinslend ştatında iri sahələrdə yetişdirilib.

Makadamiyanın 9 növündən 5-i yalnız Avstraliyada, 2 növü isə Braziliya, Kaliforniya, Cənubi Amerika və Havay adalarında yetişir. Hazırda onu tropik iqlimə malik bir çox ölkələrdə yetişdirirlər, lakin bitkinin başlıca düşməni okean küləkləridir. Yeganə tozlandırıcısı arılardır, onun çiçəklərindən əldə olunan bal çox ətirli və dadlı olur. Əkiləndən 7-10 il sonra 100 kiloqrama yaxın məhsul verir.

Makadamiya fındığı dünyanın ən bahalı çərəzləri sırasına daxildir. Onun məhsulunu ağacdan toplamaq və təmizləmək o qədər də asan başa gəlmir. Yaşılımtıl qəhvəyi rəngdə olan qalın qabığın içərisində yerləşən fındığı sərt qabığından çıxarmaq üçün 2 min pa təzyiq lazımdır.

Onun tərkibi vitamin və efir yağları ilə zəngindir. 100 qram fındığın qida dəyəri 700 kkal-dir. Makadamiya fındığında doymamış yağ turşularının tərkibində insan dərisində mövcud olan palmitin turşusu var. Kimyəvi tərkibinə görə Makadamiya yağı su samurunun piyini xatırladır. Ona görə də onun yağı quru və qabıqlanan dəri üçün ideal vasitədir, dərini nəmləndirir, yumşaldır, cavanlaşdırır və gözəlləşdirir, yara və yanıqların sağalmasını sürətləndirir. Tərkibində Makadamiya yağı olan kosmetik vasitələrin qiymətinin baha olmağı bununla əlaqədardır. Həmin yağla zəngin olan şampunlar tük soğanaqlarını möhkəmləndirir, saça təbii parlaqlıq verir və onu xarici mühitin təsirlərindən qoruyur.

Yüksək kaloriya malik Makadamiya fındığı dadına görə yer fındığını xatırladır. Onun iri və bütöv olanları şokolad və karamellə birlikdə, kiçik və xırda olanları isə salat və dəniz məhsullarından hazırlanan yeməklərə əlavə edilir.

Bir çox xəstəliklərə xeyirli olduğuna görə vətəni Avstraliyada müqəddəs hesab edilir. Makadamiya fındığı, həmçinin antioksidant təsir göstərir, qanda xolesterinin miqdarını və arterial təzyiqi azaldır. Yüksək kalorili olmasına baxmayaraq ürək-damar sistemi xəstəliklərinin yaranmasının qarşısını alır, arıqlamağa kömək edir, artrit, osteoporoz, kuperoz, varikoz və sellülitin müalicəsində istifadə edilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR