Dərc edildi: Baxış sayı: 537
“Mail.Ru” poçt sistemində problem yaranıb
Rusiyanın ən böyük elektron poçt xidmətlərindən biri olan “Mail.Ru”da texniki problem yaranıb.
“Report” “Hitech-Vesti”yə istinadən xəbər verir ki, istər Rusiyadan, istərsə də qonşu ölkələrdən, o cümlədən Azərbaycandan olan istifadəçilər poçt qutusuna girə bilmədiklərindən şikayət edirlər.
Şikayətlər istifadəçilərinin hesablarına daxil ola bilməməsi ilə bağlıdır. Belə ki, poçt qutusuna girmək istəyən istifadəçilər "erorr 500” yazılmış ekran və texniki səbəblərdən xidmətin müvəqqəti olaraq istifadə xaricində olması barədə mesaj görürlər.
Bundan əlavə, bəziləri "Belə poçt qutusu mövcud deyil” mesajını alır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət