Dərc edildi: Baxış sayı: 267
Mahmud Abbasla Blinken Qəzzaya humanitar yardımı müzakirə edib
Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı Qəzza zolağına dərman və ərzaqların sürətlə çatdırılmasının vacibliyinə diqqət çəkib.
Ens.az Report.az-a istinadən xəbər verir ki,bu barədə Fələstinin WAFA xəbər agentliyi məlumat yayıb.
“Prezident Abbas İsrailin Fələstin xalqına, xüsusən də Qəzza zolağına qarşı təcavüzünün dərhal dayandırılmasının vacibliyini vurğulayıb. O, dərman və qidanın sürətlə çatdırılmasının, eləcə də Qəzza zolağının şimal hissəsi də daxil olmaqla, bütün ərazilərinə su, elektrik və yanacaq tədarükünün vacibliyini qeyd edib”, – məlumatda bildirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət