Dərc edildi: Baxış sayı: 548
Mahmud Abbas Trampın danışıq istəyini rədd edib
Fələstinin dövlət başçısı Mahmud Abbas ABŞ prezidenti Donald Trampın telefonla danışıq istəyini rədd edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Mahmud Abbasın rədd cavabı Fələstin hüquq-mühafizə orqanından adının çəkilməsini istəməyən bir şəxs tərəfindən bildirilib. Görüş təklifinin bir neçə gün əvvəl rədd edildiyini deyən Fələstin tərəfi bu cavabın verilməsinə heç bir səbəb göstərməyib.
Qeyd edək ki, bir neçə gün öncə ABŞ prezidentdi Donald Tramp İsrail prezidenti Benyamin Netanyahu ilə yanvarın 28-də Ağ Evdəki görüşündən əvvəl “Əsrin müqaviləsi” nin bağlanacağını açıqlamışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət