Dərc edildi: Baxış sayı: 530
Mahmud Abbas Donald Trampın telefonla danışmaq təklifini rədd edib
Fələstin Prezidenti Mahmud Abbas ABŞ Prezidenti Donald Trampın onunla telefonla danışmaq istəyini rədd edib.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bunu məlumatlı mənbə bildirib.
Trampın telefonla danışmaq təklifi bir neçə gün öncə gəlib. Lakin mənbə ətraflı məlumat verməyib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp yanvarın 27-də İsrailin baş naziri, hakim Likud Partiyasının sədri Binyamin Netanyahu və Kahol-Lavan müxalifət blokunun rəhbəri Beni Qansla görüşəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət