Slimfit
  1. İQTİSADİYYAT

Mahir Məmmədov: “SOCAR Gürcüstanın enerji təhlükəsizliyinə böyük töhvələr verir”

Mahir Məmmədov: “SOCAR Gürcüstanın enerji təhlükəsizliyinə böyük töhvələr verir”
Sakura

Mahir Məmmədov: “SOCAR Gürcüstanın enerji təhlükəsizliyinə böyük töhvələr verir”

“Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2006-cı ildən Gürcüstanda mövcuddur və ölkənin enerji təhlükəsizliyinə böyük töhvələr verir”.

Report”un yerli bürosu xəbər verir ki, bu barədə “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

“Tbilisidə bu gün keçirilən Azərbaycan-Gürcüstan biznes forumunda çıxış edən natiqlərin şirkətin Gürcüstan iqtisadiyyatındakı böyük rolunu qeyd etmələri qürurvericidir”, - deyə “SOCAR Energy Georgia”nın Baş direktoru bildirib.

M.Məmmədovun sözlərinə görə, Azərbaycan-Gürcüstan əlaqələri böyük uğurlu tarixə malikdir: “Bu münasibətlər ilk növbədə dövlətlər və xalqlar arasındakı dostluq və qardaşlıq münasibətlərinə əsaslanır. Azərbaycan və Gürcüstan arasında iqtisadi, sosial və mədəni əlaqələr güclüdür. Ümid edirəm ki, bu münasibətlər gündən-günə daha da möhkəmlənəcək. Bugünkü biznes forumun ölkələr arasındakı biznes əlaqələrinin inkişafına töhvə verəcəyinə inanıram”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR