Slimfit
  1. İDMAN

Mahir Mədətov Premyer Liqanın ən yaxşı bombardiri olub

Mahir Mədətov Premyer Liqanın ən yaxşı bombardiri olub
Sakura

Mahir Mədətov Premyer Liqanın ən yaxşı bombardiri olub

Topaz Premyer Liqasında 2018/19 mövsümünün ən yaxşı bombardiri müəyyənləşib.

ONA-nın məlumatına görə, mükafatın sahibi son turda bəlli olub.

Çempionatı 16 qolla başa vuran “Qarabağ”ın futbolçusu Mahir Mədətov karyerasında ilk dəfə Premyer Liqanın bombardiri olub. O, bu gün keçirilən “Neftçi” ilə görüşdə (3:2) vurduğu iki qolla ən məhsuldar oyunçusu adını ələ keçirib.

Bu turadək M.Mədətovla eyni sayda fərqlənib, əlavə göstəricilərə görə öndə olan “Neftçi”nin hücumçusu Baqali Dabo isə bu matçda penaltini qaçırıb və zədə səbəbindən meydanı tərk edib.

Bombardirlər yarışında 3-cü yeri Ceyms Adeniyi (“Qəbələ”) tutub – 10 qol. Filip Ozobiç (“Qarabağ”) 9, Xulio Sezar Rodrifes (“Zirə”), Marko Deviç (“Sabah”) və Emin Mahmudov (“Neftçi”) hərəyə 8 dəfə fərqləniblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR