Magistrlar yataqxana ilə təmin oluna bilərlər
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) 30 magistrantı yataqxana ilə təmin etməyi planlaşdırır.
Fins.az-ın məlumatına görə, bunu Azərbaycan Milli Akademiyasının prezidenti, akademik Akif Əlizadə Bilik Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
"Bu, 1 yer üzrə 12-13 nəfərin sənəd verməsi deməkdir. Amma elə ixtisaslar var ki, orada 1 yer üzrə 41 nəfər bakalavr ərizə verib. Bu onu göstərir ki, AMEA-nın magistraturasına maraq ildən-ilə artır".
A.Əlizadənin sözlərinə görə, AMEA-da magistratura təhsil pilləsinin təşkili magistrantlara elmi fəaliyyət üçün geniş imkanlar yaradır:
"Onlar AMEA-nın həqiqi və müxbir üzvləri, eləcə də digər nüfuzlu alimlərlə birlikdə tədqiqatlar aparırlar. Azərbaycanda elm və təhsilin inteqrasiyası üçün ciddi addımlar atılır. Bu inteqrasiya həm də Avropa təhsilinə uyğunlaşma üçündür. Akademiyanın elmi müəssisələri çox gözəl elmi bazaya malikdir".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət