Magistr dissertasiyasının müdafiəsi qüvvədə qalır
Magistratura səviyyəsini bitirənlərin çoxu sonradan doktoranturada təhsil üçün müraciət edir. Bunu görə dissertasiya müdafiəsi nəzərdə tutulub.
Ens.az Azvision.az-a istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov Nazirlər Kabinetinin "Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə" Qərarına dair sualları cavablandırarkən deyib.
Onun sözlərinə görə, magistr dissertasiyasının müdafiəsi üzrə ixtisaslaşmış şuralar təqvim ilinin sonuna qədər fəaliyyət göstərirlər. “Hər hansı səbəbdən magistr iyun-iyul aylarında müdafiədə iştirak edə bilməsə, avqust-sentyabr ayında da müdafiəsini edə bilər".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət