Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Magistr diplomları ixtisaslaşdırılmış şuranın qərarı ilə veriləcək

Magistr diplomları ixtisaslaşdırılmış şuranın qərarı ilə veriləcək
Sakura

Magistr diplomları ixtisaslaşdırılmış şuranın qərarı ilə veriləcək

Nazirlər Kabineti “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”nda dəyişiklik edib.

"Report"un məlumatına görə, bu qayda ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələrini və onların verilməsini tənzimləyir.

Diplomun verilməsinin qeydiyyatı ayrıca kitabda aparılır, illər üzrə davam etdirilir və həmin kitab daimi olaraq, ali təhsil müəssisəsində, AMEA-da saxlanılır. İndiyə qədər Qeydiyyat kitabına Dövlət Attestasiya Komissiyasının (ixtisaslaşmış Elmi Şuranın) qərarının nömrəsi və tarixi daxil edilib.

Dəyişikliyə əsasən, ixtisaslaşmış Elmi Şura ixtisaslaşdırılmış şura ilə əvəzlənir. Başqa sözlə, magistr diplomları ixtisaslaşmış Elmi Şuranın deyil, ixtisaslaşdırılmış şuranın qərarı ilə veriləcək.

Müvafiq olaraq, magistr diplomunda da ixtisaslaşmış Elmi Şura ixtisaslaşdırılmış şura ilə əvəzlənir.

Digər dəyişiklik də magistr diplomu ilə bağlıdır. İndiyə qədər bu diplom doktoranturada təhsili davam etdirmək və ya müvafiq ixtisas (ixtisaslaşma) üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas verib. Dəyişikliyə əsasən, magistr diplomu magistr dissertasiyasını müdafiə edənlərə münasibətdə doktoranturada təhsili davam etdirmək və ya müvafiq ixtisas (ixtisaslaşma) üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas verəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR