Dərc edildi: Baxış sayı: 537
Mafiyadan yazan keçmiş prezident öldü
1990-1998-ci illərdə Çernoqoriya prezidenti, 1998-2000-ci illərdə isə Yuqoslaviyanın baş naziri olmuş Momir Bulatoviç 63 yaşında vəfat edib.
Axar.az xəbər verir ki, bu barədə Çernoqoriya Milli televiziyası məlumat yayıb.
O, Podqoritsa yaxınlığındakı Raçi kəndində dünyasını dəyişib.
Qeyd edək ki, 1956-cı ildə hərbçi ailəsində anadan olan Bulatoviç ağır dönəmlərdə xalqına rəhbərlik edib.
Onun vəzifədən getdikdən sonra Çernoqoriyanın korrupsioner mafiya şəbəkəsi haqda yazdığı “Susmaq haqqı” kitabı xeyli populyarlıq qazanmışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət