Dərc edildi: Baxış sayı: 499
Maduro Putinlə görüşə gedir
Venesuela Prezidenti Nikolas Maduro yaxın bir neçə saata Rusiyaya səfər edəcək.
“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə o, tvitter mikrobloqunda məlumat verib.
“Bu, mənim Rusiyaya rəsmi səfərim olacaq. Mən dostum və yoldaşım Prezident Vladimir Putin və onun komandası ilə görüşəcəm”, - deyə Venesuela dövlət başçısı bildirib.
Həmçinin, o Rusiya şirkətlərinin rəhbərləri ilə də danışıqlar aparmağı planlaşıdırır.
Maduronun sözlərinə görə, Rusiya ilə ikitərəfli münasibətlərin bütün aspektlərinə yeni təkan vermək niyyətindədir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət