Dərc edildi: Baxış sayı: 663
MADO şirkətinin 42 faizi ərəb şirkətlərinə satılıb
Türkiyənin məşhur MADO şirkətinin 42 faizi satılıb.
Axar.az xəbər verir ki, şirkətin səhmləri Qətərin “Əl Sraiya” və “Venture Kapital” şirkəti tərəfindən alınıb.
MADO-nun baş direktoru Gürol Çıragöz satışla bağlı məlumatı təsdiqləyib:
“20 ölkədə 50 mağazamız var. Bunu daha da artırmaq və qlobal oyunçu olmaq niyyətindəyik. Bu ortaqlıq hədəflərimizi həyata keçirməyə dəstək verəcək”.
Qeyd edək ki, MADO-nun Bakıda da bir neçə restoranı fəaliyyət göstərir.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət