Slimfit
  1. DÜNYA

Macarlar 40 yaşında pensiyaya çıxmaq barədə fikirləşməyə başlayırlar

Macarlar 40 yaşında pensiyaya çıxmaq barədə fikirləşməyə başlayırlar
Sakura

Macarlar 40 yaşında pensiyaya çıxmaq barədə fikirləşməyə başlayırlar

Macarıstanın “OTP Nyugdíjpénztár” pensiya fondunun apardığı tədqiqat nəticəsində məlum olub ki, gənc macarlar pensiyaya çıxmaq üçün pul toplamağın zəruri olmasını başa düşürlər, lakin ən azı 40 yaşa çatana qədər müvafiq hərəkətlər etmirlər.

AZƏRTAC xəbər verir ki, tədqiqatda 1000 respondent iştirak edib. Məlum olub ki, gənc macarların təqribən yarısının (47 faizinin) fikrincə, onlar hələ 25 yaşa çatana qədər pul yığmağa başlamalıdırlar. Bununla bərabər, “Világgazdaság” qəzetinin yazdığına görə, “OTP Nyugdíjpénztár” fonduna qoşulanların əksəriyyətinin yaşı 40-a yaxındır.

Respondentlərin 70 faizi bildirib ki, onlar pensiyaya çıxandan sonra maliyyə vəziyyətlərinin sabit olması üçün ideal halda 18 yaşdan 35 yaşa qədər qənaət etməyə başlamalıdırlar. Doğrudur, bu respondentlər müvafiq qaydada hərəkət etmirlər, buna baxmayaraq, tədqiqat göstərir ki, mentalitetdə müsbət irəliləyiş başlanıb.

1980-ci illərdə və 1990-cı illərin əvvəlində doğulmuş gənc macarların fikrincə, onlar 25 yaşa çatana qədər qənaət etməyə başlamalıdırlar. Belə respondentlərin sayı Macarıstanın ümumi aktiv əhalisinin verdiyi cavablarla müqayisədə təqribən 20 faiz çoxdur.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR