Dərc edildi: Baxış sayı: 326
Macarıstanlı məşqçi "Zirə" ilə oyundan danışdı
Macarıstanın "Paksi" klubunun baş məşqçisi Auriel Çertoy dünən Antalyada "Zirə" ilə keçirdikləri yoxlama oyunu barədə fikirlərini açıqlayıb.
Qol.az-ın məlumatına görə, macarıstanlı mütəxəssis klubun rəsmi saytına açıqlamasında Azərbaycan təmsilçisinə 0:1 hesablı məğlubiyyəti şərh edib:
"Elə də yaxşı oynamadıq. Amma "Zirə"nin də xüsusi qol imkanları olmadı. Yeganə qolu bizim kobud səhvimizdən sonra vurdular. Hesabda geri düşdükdən sonra, komandamın buna cavab verməsini gözləyirdim. Bu oyunda bütün futbolçulara şans verdim. Formamızı yüksəltmək üçün daha 2 həftəmiz var".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət