Dərc edildi: Baxış sayı: 620
Macarıstanın Qüdsdə ticarət nümayəndəliyi açıldı
Macarıstanın Xarici İşlər naziri Peter Siyarto Qüdsdə diplomatik ticarət nümayəndəliyinin rəsmi açılışını edib.
Axar.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb.
"Baş nazir Binyamin Netanyahu və Macarıstanın XİN rəhbəri Peter Siyarto bu gün Qüdsdə macar diplomatik ticarət nümayəndəliyinin açılış mərasimində iştirak ediblər. Onlar obyektə baxış keçiriblər, qırmızı lent kəsiblər və lövhə üzərindən örtüyü birgə götürüblər", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, ticarət nümayəndəliyi Macarıstanın İsraildəki səfirliyinin bölməsidir, orada üç diplomat işləyəcək.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət