Slimfit
  1. DÜNYA

Macarıstanın hökumət kompüterlərində Kasperskinin proqramlarından istifadə edilməyəcək

Macarıstanın hökumət kompüterlərində Kasperskinin proqramlarından istifadə edilməyəcək
Sakura

Macarıstanın hökumət kompüterlərində Kasperskinin proqramlarından istifadə edilməyəcək

Macarıstan hökumətinin rəsmi bülletenində dərc olunmuş qərarda bildirilir ki, bu ölkənin publik administrasiyasında istifadə edilən kompüterlərdə antivirus proqram təminatının yaradılması məşğul olan “Kasperski laboratoriyası”nda yaradılmış proqramlardan istifadə etməyə icazə verilmir.

Bu il iyunun 15-də Avropa Parlamenti potensial təhlükə mənbəyi olan proqramların və qurğuların, o cümlədən kompüter virusları, spam, haker hücumları və digər kibernetik təhlükələrdən müdafiə sistemlərinin işlənin hazırlanması ilə məşğul olan “Kasperski laboratoriyası” adlı beynəlxalq şirkət tərəfindən təqdim edilən proqram və qurğuların dövlət idarəçiliyində istifadə olunan kompüterlərdən silinməsinin zəruri olması barədə qərar qəbul edib. hvg.hu hökumət xəbərlər saytı bildirir ki, Macarıstan hökuməti həmin qərarı dəstəkləyib.

Hökumətin bu qərarı “Kasperski laboratoriyası” məhsullarından Macarıstanda istifadə olunmasını qadağan etmir və yalnız dövlət qurumlarında istifadə edilən kompüterlərə aiddir.

AZƏRTAC xəbər verir ki, keçən il ABŞ-da “Kasperski laboratoriyası” tərəfindən təqdim edilən antivirus proqramlarına məhdudiyyət tətbiq edilib.

“Kasperski laboratoriyası” sonradan bu ittihamları rədd edib və keçən il dekabr ayında bildirib ki, yalan ittihamlara görə ABŞ hökumətini məhkəməyə verəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR